Deprecated: mysql_escape_string(): This function is deprecated; use mysql_real_escape_string() instead. in /home/akademiy/public_html/site/engine/classes/mysqli.class.php on line 162 Akademiya.net

       
Ad
Parol
 

 

 

Bölmələr
 
Arxiv
Yanvar 2011 (3)
Noyabr 2010 (1)
Sentyabr 2010 (3)
May 2010 (1)
Aprel 2010 (4)
Dekabr 2009 (2)
 
Son Şərhlər
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Tunis
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
Müəllif:
Mövzu: Beyin fırtınası və düş ...
 
Online
Online 0 :
Online yoxdur .

Robotlar: 0
Online yoxdur .

Qonaqlar: 4
Ümumi: 4

Son 20 Online Üzv :
Admin arcer
bomxboss Diser_of
firolec117 habroider
laztmf207 poliqarp
Profinol PromoParty
retr257 romych1985
sa684 serjksomov
siNoPtik Starters
tanushe4ka2008 Titanolic
wodqow X-Glamure

 
Dost Saytlar
» Xəzər Nəşriyyat
» Faydali.az
 

 

 

Ətraf mühitin təmizliyi

 

 

 

 

 

 

altTəmizlik, tək tərəfli tədbirlərlə əldə edilən bir hal deyil. Böyük alimlər təmizliyi aşağıdakı mövzularla tədqiq etmişdir:

1 – Fərdi (bədən-paltar-qida) təmizlik

2 – Ev (mətbəx-hamam-ayaqyolu) təmizliyi

3 – Ətraf mühit (tullantıların uyğun şəkildə uzaqlaşdırılması) təmizliyi

4 – Kifayət qədər təmiz suyun təmin edilməsi.

Fərdi təmizlik deyiləndə bədən təmizliyi nəzərdə tutulur. Buradan da cilt, əl, ağız, burun, göz təmizliyi, saç, dırnaq, qoltuqaltı, üz, diş və ayaq baxımı nəzərdə tutulur. Dünya Səhiyyə Təşkilatının bədən təmizliyi, əl təmizliyi, ağız və diş baxımının əhəmiyyəti və mühafizəsi yollarına aid materiallar mövcuddur. Ancaq Dünya Səhiyyə Təşkilatının dırnaqların yoluxucu xəstəliklərdəki təsirinə, tüklərin təmizliyinə və yoluxucu xəstəliklərdəki

 
Baxılıb: 8024 Müəllif: Admin 10 Yanvar 2011 Şərhlər (0) Ətraflı oxu

 

Qarla gələn gözəllik

 

 

 

 

 

 

alt         Uşaqlara; “Toyuq yumurtadan, yoxsa yumurta toyuqdan çıxdı?” deyə soruşarlar. Bu suala bənzər formada soruşsaq: “Qar yağdığı üçün hava soyuq olar, yoxsa hava soyuq olduğu üçün qar yağar?” Bu iki sual bir-birinə bənzəsə də cavabları fərqlidir. Məktəblərdə, ensiklopediyalarda və kitablarda “Qar nə üçün yağır?” başlığı ilə izah olunanlar, əslində qarın nə üçün yağdığına deyil, necə yağdığına aiddir. Çox vaxt “necə” və “nə üçün” suallarının düzgün istifadə edilib edilmədiyinə fikir verilmir.

 

“Qar nə üçün yağır?” sualına veriləcək doğru cavablar, “qar”ın yağmasının hikmətləridir. Bu hikmətləri, “qar”ın özündən bilmək böyük bir yanlışlıq olar. Bunlar ilahi hikmətlərdir.

“Qar”ın necə yağdığının cavabı isə, fizika

 
Baxılıb: 7927 Müəllif: Admin 10 Yanvar 2011 Şərhlər (0) Ətraflı oxu

 

BİR AĞAC KƏSSƏK NƏ OLAR?

 

 

 

 

 

 

alt      Təbiətdən yamyaşıl bir pərdə, möcüzəvi bir mənzərə... Rəngarəng yarpaqlar; küləyin toxunması ilə, təfəkkür etməyin zövqü ilə özündən keçən bir alim kimi coşur. Ağacların budaqlarında quşlar oxuyur, meşənin kənarındakı yaşlı çinar ehtişamı ilə göz qamaşdırır və sanki meşəyə gözətçilik edir. İnsanlar başlarını qaldırdıqda, daxili hüzura qovuşur. Kainat kitabının bitkilər səhifəsindən gözəl bir meşə, sevinc qaynağı olur insanlara və ev sahibliyi edir o qədər canlıya. Pərdə dəyişir! Ağacların yerinə beton yığınları var. Bacalardan qalxan göz acışdıran duman şəhərin havasını əsir alıb sanki. Ağaclarda həyatda yaşamaq üçün mücadilə edən boynu bükük bir neçə quş oxuya bilmir. İnsanlar öskürür

 
Baxılıb: 7502 Müəllif: Admin 9 Yanvar 2011 Şərhlər (0) Ətraflı oxu

 

Fotonlar

 

 

 

 

 

 

alt

Kainat haqqında haradasa bütün müşahidə biliyimiz “foton” adlanan hissəciklərlə əldə olunur. Foton, işıq zərrəciyinin elmi adıdır. Fotonlara “elektromaqnetik dalğa” da deyilir.

Kainatda hər atoma qarşılıq təqribən 1 milyard foton mövcuddur.

Fotonlar, kainatdakı hər maddədən, hər istiqamətə doğru, çox sayıda yayılmaqdadır və kainatdakı ən yüksək sürət ilə fəzada irəliləməkdədir. Bir fotonu digər fotonlardan ayıran üç vacib xüsusiyyəti vardır:

-         “Foton enerjisi” (dalğa uzunluğu)

-         “Foton hərəkət istiqaməti” (impulsun istiqaməti)

-         “Spin istiqaməti” (polarizasiya istiqaməti)

 

Bir fotonun enerjisinin verilməsi, dalğa uzunluğunun və ya tezliyinin...


 
Baxılıb: 12477 Müəllif: Admin 10 Noyabr 2010 Şərhlər (1) Ətraflı oxu

 

RAMAZANDA QİDALANMAYA FİKİR VERİN

 

 

 

 

 

 

alt     Gözəl günlərə qovuşmuşuq, çünki bu günlər Ramazan ovqatında, Ramazan ab-havasındayıq. Səhhəti imkan verənlər, bu müqəddəs günlərdə bir daha nəfslərini sınayır, orucluğa söykənib sağlamlıqlarını qoruyurlar. Bəli, orucluğun insan həyatında, insan orqanizmində, hətta xarakterinin yaxşılığa doğru dəyişməsində çox böyük önəmi var. Orucluqdan söhbət düşmüşkən, bir neçə kəlmə də bu ay boyunca qidalanmadan, nəyin ziyanlı, nəyin xeyirli olmasından bəhs edək:
Ani mədə gərginliyi, təzyiq yüksəlməsi kimi narahatlıqlarla üzləşmək istəmirsinizsə, iftar və sahurda çox yeməyin. Həddən artıq yağlı, duzlu və şirin qidalardan uzaq durun. Yanlış qidalanma Ramazanda sağlamlığınıza ziyan vura bilər. İftar və sahurda həzmi asan olan və mədə-bağırsaq sistemində uzun müddət qala bilən lif və selülozla zəngin meyvə-tərəvəzlərdən, ətli və ya ətsiz çox yağlı olmayan göyərti xörəklərindən, qatıq və kəpəkli çörəkdən istifadə edin. Qızartma yeməklər yeməyin. İftara şorba ilə başlamaq, bağırsaq problemi olanların isə...

 
Baxılıb: 8326 Müəllif: Admin 5 Sentyabr 2010 Şərhlər (1) Ətraflı oxu

 

TƏRAVİH NAMAZI

 

 

 

 

 

 

alt   Şaban ayının sonuncu gecəsində, yəni Ramazanın ilk gününə keçən gecə qılınmağa başlanır və Ramazan ayı boyunca hər gecə Yatsı namazı ilə Vitr namazı arasında qılınır. 20 rükətdir. Bəzən 8 rükət də qılınır. Camaatla da, təkbaşına da qılına bilər. Məsciddə və camaatla qılınması çox fəzilətlidir. Camaatla qılınarkən səslə qılınır. Təravih namazını iki, dörd, səkkiz rükətdən bir salam verməklə qılmaq olar. Birdəfəyə də qılmaq mümkündür. Amma ən çox məsləhət görülən odur ki, iki və ya dörd rükətdən bir salam verilsin.

 
Baxılıb: 13704 Müəllif: Admin 5 Sentyabr 2010 Şərhlər (1) Ətraflı oxu

 

RAMAZANI NECƏ BAŞA DÜŞƏK

 

 

 

 

 

 

altİslamda oruc: Orucun ərəb dilindəki tərcüməsi “savm” deməkdir, bu da “bir şeydən uzaq durmaq, insanın özünü bəzi şeylərdən məhrum etməsi” mənalarına gəlir. Sözün praktiki mənası isə dan yeri ağarandan günəşin batmasına qədər, bir qayə uğrunda şüurlu şəkildə yemə, içmə, cinsi əlaqə kimi davranışlardan uzaq duraraq, nəfsi cilovlamaqdır. Oruc tutmaq Mədinə dönəmində fərz buyurulub. Tarix olaraq isə hicrətin ikinci ilinin Şaban ayına uyğun gəlir. Rəsulullah (s.ə.s.) doqquz il Ramazan orucu tutub.


Quranda orucun fəzilətinə dair dəlillər
“Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu ki, (bunun vasitəsilə pis əməllərdən) çəkinəsiniz! (Oruc tutmaq) sayı müəyyən olan günlərdir. (Bu günlərdə) sizdən xəstə və ya səfərdə olanlar tutmadığı günlər qədər başqa günlərdə oruc tutmalıdırlar. Oruc tutmağa taqəti olmayanlar isə (hər günün əvəzinə) bir yoxsulu doyuracaq qədər fidyə verməlidirlər. Hər kəs...

 
Baxılıb: 8473 Müəllif: Admin 5 Sentyabr 2010 Şərhlər (0) Ətraflı oxu

 

Nizami Gəncəvinin qələmindən Peyğəmbərimiz-1

 

 

 

 

 

 

alt

 

 

Ey varlıq mülkünə böyük şahsüvar,

Əqlin sultanısan, zəkavətin var.

 

Sonusan o mürsəl peyğəmbərlərin,

Sonun halvasısan, duzun əvvəlin.

 

Varlıq baxçasının ilk gülü sənsən,

Zamanın  sonuncu sərkədəsisən.

 

Kifayət mülkünə sənsən hökmdar,

Vilayət hökmüdür verdiyin qərar.

 

Hər kəs lovğalıqla çıxsa qarşına,

Bir ədəb qılıncı enər başına.

 

Gözlər işıq alır ayaq tozundan,

Aləm işıqlanır daima ondan.

 

Səndən işığını almayan bir şam

Sönər öz yeliyə, qaralar müdam.

 

Ey qəbilələrlə aydın dil tapan,

Vazeh dəlillərlə zərbə vuransan.

 

Allahın höccəti bütün səndədir,

Səhərin sirri də o sinəndədir.

 

Ey iki dünyanın saray ağası,

O qabü qövseynin mahir ustası.



 
Baxılıb: 9345 Müəllif: Admin 12 May 2010 Şərhlər (3) Ətraflı oxu

 

Nizami Gəncəvinin qələmindən Allah - 1

 

 

 

 

 

 

altBismillahir-rəhmanir-rəhim.

Hikmət xəzinəsinə budur açar,ey həkim!

 

Odur fikrin əvvəli, odur kəlamın sonu,

Nə iş görsən, Tanrının adıyla qurtar onu.

 

Gəlib hamıdan əvvəl, hər bir varlıqdan qabaq,

Yaşayanlar içində əbədi  odur ancaq.

 

Qədim, sonsuz cahanı odur quran, saxlayan,

Qələmlərin boyuna boyunbağı bağlayan.

 

Səxavət qaynağını o qaynatdı binadan,

Bütün var olanları yalnız odur yaradan.

 

Pərdəli fələklərin pərdəsini açandır,

Pərdəli iş görənin sirrini saxlayandır.

 

Günəşin kəmərinə ləl ilə zinət verən,


 
Baxılıb: 10308 Müəllif: Admin 15 Aprel 2010 Şərhlər (2) Ətraflı oxu

 

Dəniz cərəyanları

 

 

 

 

 

 

alt     Dəniz və okeanlarda minlərlə sirli hadisələr cərəyan etməktədir. Dəniz dibini tədqiq edən yüzlərlə alim, heyrətləndiklərini bildirmiş və bu sirli dünya bir çox nəşriyyatda işıq üzü görmüşdür. Elə bu sirli dünyanın xüsusiyyətlərindeən biri də,  dənizdə meydan gələn dəniz cərəyanlarıdır.
Xarici görünüş etibarilə, bu cərəyanlar, küləyin təsiri ilə və yaxud da dənizin müxtəlif hissələrində mövcud olan müxtəlif miqdarlardakı duz səbəbilə meydana gəlirlər. Duzluluq nisbəti fərqli olan iki dənizi bağlayan boğazlarda meydana gələn  cərəyanların xüsusiyyəti belədir: duzu az olan dənizin suları, duzu çox olan dənizə doğru üst cərəyan ilə, duzu çox olan dənizin suları isə az olanına alt cərəyan ilə hərəkət edir.
Külək sayəsində meydana gələn və okeanlarda nəzərə çarpan böyük və müntəzəm  cərəyanların yaranmasında "Alize" küləkləri rol oynayır. Şimal yarım kürəsindən şimal-şərqə doğru, cənub yarım kürəsində isə cənub-şərqdən ekvatora doğru fasiləsiz əsən alize küləklərinin təsiri ilə okeanın səth suları qərbə doğru hərəkət etməklə cərəyanların meydana gəlməsinə səbəb olur. Bu cərəyanlar, Atlantik Okeanda, Sakit Okeanda və Hind Okeanının cənubunda küləklərin meydana gətirdiyi ekvator cərəyanlarını əmələ gətirir. Bu cərəyanlar dünya qərbdən şərqə doğru dövr etdikcə və ekvatora doğru sürət get-gedə artdıqca, onları əmələ gətirən,  alizelər kimi qərbə yönəlir və bu istiqamətdə qarşılarına çıxan quru parçalarına çarparaq qollara ayrılırlar. Bu qollardan bəziləri orta "enliklərdə" əsən qərb küləklərinin təsiri ilə axmağa davam edirlər. Bəzi qollar da əsas cərəyanın başlanğıç nöqtəsinə gələrək halqalar əmələ gətirirlər. Okean cərəyanlarının halqa halına çevrilməsinin səbəbi,

 
Baxılıb: 15079 Müəllif: Admin 3 Aprel 2010 Şərhlər (2) Ətraflı oxu

 

Dərdlərə dava çörəkotu

 

 

 

 

 

 

alt

                Müasir dərman istehsalının olmadığı dövrlərdə xəstəliklərin müalicəsində bitkilərin müxtəlif qisimlərindəki müəssir maddə ayrılmadan istifadə olunurdu. Dövrümüzdə dərman, kosmetika və qida sektorunda bitki qaynaqlı məhsullar saflaşdırılaraq və hər maddənin xüsusiyyətləri öyrənilərək istifadə edilməkdə və xam maddəsi bitki olan məhsullara tələb davamlı artmaqdadır. Ümumdünya Səhiyyə Təşkilatının (WHO) təxminlərinə görə dünyada 20.000-dən çox bitki növü tibbi məqsədlə istifadə olunur.

Tibbi məqsədlə istifadə olunan bitkilərdən biri olan çörəkotu, Ranunculaceae (Toy çiçəkləri) ailəsindən Nigella sativa növüdür. Bitkinin kapsul içərisindəki toxumu qida kimi istifadə olunur. Bitkinin adı toxumlarının qara rəngindən götürülmüşdür. “Nigella” sözü latın dilində qaraya çalan mənasına gələn “nigellus” sözündən alınmışdır.

Çörəkotunun vətəni Şərqi Aralıq Dənizi ölkələri, Şərqi və Cənubi Avropadır. Çörəkotu digər ölkələrə buradan yayılmışdır. Çörəkotu 2000 ildən artıqdır ki, Mərkəzi və Uzaq Asiya ölkələrində bir çox xəstəliyin müalicəsində şəfa vəsiləsi olan bir bitkidir. Bəzi qidalarda (çörək, un məmulatları, biskvit) bəzək kimi istifadə olunan çörəkotu, aromatik (xoş qoxulu) xüsusiyyətləri səbəbilə bəzi qidalarda da ləzzət vəsiləsi kimi istifadə edilir. Çörəkotunun toxum suyu və yağının;

 
Baxılıb: 11720 Müəllif: Admin 3 Aprel 2010 Şərhlər (1) Ətraflı oxu

 

Keçirici üzvi polimerlər

 

 

 

 

 

 

Yeni Üfüqlər Aça Biləcək Texnologiya: Keçirici Üzvi Polimerlər

altTəbiətdəki canlılardan əldə edilən müxtəlif xammalları əşya istehsalında istifadə edirik. Yaradıcının sonsuz elm və qüdrəti ilə canlıların sintez etdiyi bu maddələrin bəzilərini (pambıq, ipək və yun kimi) insan min illərdir istifadə edir. Kauçuk kimi maddələr isə nisbətən təzə sayıla bilər. Dəri, sümük, ağac və selluloza lifləri ən çox istifadə olunan üzvi xammallar olmuşdur. Allahın qüdrəti sonsuzdur, fəqət təbiətin zənginliyi hədsiz deyil. Ona görə də ekoloji tarazlığı hər gün öz əlimizlə pozur və yer üzünü şüursuz şəkildə ölümə aparırıq. Bu gün tullantı bitki və heyvanlardan təbii yolla əldə edilən xammal, insan sağlamlığı üçün çox uyğun olsa belə, gedərək azaldığı və beləliklə də bahalaşdığı üçün bunların hər kəs tərəfindən istehlakı çətinləşir.

Alimlər daha ucuz xammal istehsal etmək üçün dayanmadan çalışırlar. Belə ki, çox uzun bir keçmişi olmayan neylon, rezin, plastik və polivinilxlor (PVC) indi çox yayılmış maddələrdir. Ətrafımızda gördüyümüz, gündəlik həyatda istifadə etdiyimiz bir çox şey plastikdən, yəni polimerlərdən istehsal edilmişdir. Polimerlər (poli-çox, meros-hissə, qisim), bir-birinə oxşayan kiçik molekul vahidlərinin zəncirvari bir-birinə əlavə edilməklə meydana gələn nəhəng molekullardır. Tez-tez istifadə etdiyimiz neylon zənbillərdən maşın təkərlərinə, uşaq oyuncaqlarından qışda geyindiyimiz çəkmələrin dabanlarının istehsalına qədər bir çox sahədə istifadə edilməkdədir.

Polimerlərin təbiətdə meydana gətirdiyi ən böyük problem, üzvi maddələr kimi çürüyüb parçalanmamalarıdır və yüz illərlə dünyanı kirlətmələridir. Ona görə də zibilliklərdən yığılıb istilik ilə və ya kimyəvi üsullarla yenidən istehsal edilməlidirlər.

 
Baxılıb: 9992 Müəllif: Admin 3 Aprel 2010 Şərhlər (0) Ətraflı oxu

 

Ürək möcüzəsi

 

 

 

 

 

 

alt

Xalid Ərtuğrul


Ürəyimdən kiçik bir əməliyyat keçirmişdim. O əsnada ürək möcüzəsinə və ürəkdəki İlahi imzaya xüsusilə şahid olmuşdum.

Bu İlahi nemət qarşısında heyrətimi gizlədə bilmədim.

Vücudumuzda ürəyimiz dayansa nə olar?

Və ya insanlar ürəksiz olsa nə olar?

Bu iki sualı insan özündən soruşmalıdır. Əlbəttə ki, cavabı da çətin deyil.

Biri ölümə, digəri də ictimai böhrana aparar.

Yəni Uca Allah, iki cür ürək yaratmışdır. Biri maddi, digəri də mənəvi qəlbdir.

Bəs insan üçün, hər şey olan qəlbimizə sahib olduğumuzdan ötrü nə etməliyik?

Bu möcüzə orqanı, ən mükəmməl və ən ahəngli şəkildə yerləşdirən və işlədən Allaha necə şükr etməliyik?

Bunun vacibliyini dərk etmək üçün əvvəlcə ürəyimizi tanıyaq:

 
Baxılıb: 15467 Müəllif: Admin 23 Dekabr 2009 Şərhlər (1) Ətraflı oxu

 

Ulduzların sürüşməsi

 

 

 

 

 

 


altGecə vaxtı açıq havada göy üzünü seyr edərkən müxtəlif rəng və parlaqlıqdakı ulduzların meydana gətirdiyi o inanılmaz və möhtəşəm mənzərənin içindən bir ulduzun parlaq bir cizgi cızaraq sürüşüb getdiyini şübhəsiz ki, görmüsünüz.

Bəziləri ürəyində bir dilək tutar, guya ulduz sürüşəndə o ulduzun öləcəyi və ölmədən əvvəl dilək diləyənin arzusunun yerinə yetəcəyi inancı çoxumuza məlumdur.

Xalq arasında ulduz sürüşməsi kimi tərif edilən bu hadisənin əslində ulduzlarla heç bir əlaqəsi yoxdur. Ulduzlar yerdən milyardlarla

 
Baxılıb: 10735 Müəllif: Admin 23 Dekabr 2009 Şərhlər (3) Ətraflı oxu

 

Allah-Təalaya yaxınlaşma fürsəti

 

 

 

 

 

 

alt

     Başqaları üçün olmasa belə heç olmasa insan özü üçün bu qurbanı kəsərək ibadətini yerinə yetirməlidir. Özünü sevən, axirətini düşünən müsəlman atəş əzabına səbəb olacaq əməli işləməz

“Qurban” sözünün lüğətdə hərfi mənası “yaxınlaşmaq, Allaha yaxınlaşmaq üçün bir yol”dur. İslam dinində isə bu söz termin kimi “ibadət niyyəti ilə İslam qaydalarına uyğun heyvan kəsmək” deməkdir. Qurban bayramı günlərində (ilk üç gündə) Allah rizası üçün kəsilən qurbana “udhiyyə” deyilir.

Qurban kəsən dini məsuliyyətdən qurtular
Qurban kəsən şəxs dini məsuliyyətdən qurtular. Vacib olan bu ibadət əlbəttə ki, axirət məhkəməsində soruşulacaqdır. Başqaları üçün olmasa belə heç olmasa insan özü üçün bu qurbanı kəsərək ibadətini yerinə yetirməlidir. Özünü sevən, axirətini düşünən müsəlman atəş əzabına səbəb olacaq əməli işləməz. Vacib fərzə bir addım yaxınlıq deməksə, məsuliyyəti çox olan bu ibadətin əhəmiyyətini heç kim inkar edə bilməz.

Qurban xəsislik xəstəliyini müalicə edir
Qurban bəzi varlılardakı xəsislik xəstəliyini müalicə etmək üçün ən təsirli dərmandır. Qurban varlılarda malını Allahın razılığını qazanmaq üçün vermə kimi bir peyğəmbər adətini,

 
Baxılıb: 10548 Müəllif: Admin 26 Noyabr 2009 Şərhlər (1) Ətraflı oxu

 

Ən Baxımlılar
 
 
Səs Vermə
 
Ordan-Burdan
» Dinimiz və adət-ənənəmizdə ni# ...
» Vətən
» Qarla gələn gözəllik
» Öyrənmənin 7 prinsipi
» Körpəni qoruyan kimdir?
» Şahmat haqqında nə bilirsiniz?..
» Mühəndislik perspektivindən qiyamət
» RƏQƏMLƏRLƏ İNSAN HÜCEYRƏL ...
» Güldürən düşündürən ins ...
» Həyatın əsl mənası
 
Təqvim
«    Avqust 2019    »
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 
 
 
Statistika
Top Contributors:
  1    Admin 83
  2    hazin 5


Articles:
  This Hour: 0
  Today: 0
  This Month: 0
  All Time: 86


Membership:
  Registered Today :0
  This Hour:0
  This Month:0
  Total:25
  Banned:0

Yeni Üzvlərimiz:
lsiurog3
arcer
habroider
laztmf207
Dron_kss_1
Profinol
serjksomov
Titanolic
chekushka
Starters